BURADA REKLAMINIZ OLA
BİLƏR

Binəqədiyə gedən yolda kilometrlərlə tıxac yaranıb - MİDA binaları üçün kommunal xətlər çəkilir - VİDEO

Binəqədi şosesində böyük tıxac yaranıb.

 

Sıxlığın yaranmasına səbəb ərazidə aparılan qazıntı işləridir. Belə ki, yeni tikilən MİDA yaşayış binaları üçün kommunal xətlər çəkilir, yolun bir hissəsi qazılaraq kommunikasiya qovşağı qurulur.

 

Sözügedən işlərin artıq üç gündür davam etdiyi bildirilir.

 

Saytımıza danışan sakinlərin sözlərinə görə, tıxacın əsas səbəblərindən biri işlərin yalnız gündüz saatlarında aparılmasıdır. Onların iddiasına görə, podratçı quruma gecə saatlarında işləməyə icazə verilmir.

 

Ərazidə çalışan işçilər də bu faktı təsdiqləyərək bildiriblər ki, gecə işləmək üçün müvafiq icazə verilmədiyindən təmir işləri uzanır, nəticədə sürücülər saatlarla yolda qalırlar.

 

Hazırda Binəqədi və ətraf qəsəbələrdən paytaxta gələn və əks istiqamətdə hərəkət edən sürücülər tıxacda ilişib qalıb.

 

Digər problem isə yol hərəkətinin düzgün tənzimlənməməsidir. Belə ki, yüklənmənin ən çox olduğu hissədə işıqfor sistemi effektiv işləmədiyindən, kənar yollardan daxil olan nəqliyyat vasitələri sıxlığı daha da artırır.

 

Sakinlər bildirir ki, ərazidə yol polisi əməkdaşları görünmür. İşçilərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, hələlik əraziyə nəzarət edən yoxdur.

 

Qeyd edək ki, hazırda yay mövsümü olduğundan paytaxtdan bölgələrə, xüsusilə Sumqayıt və Novxanı istiqamətində hərəkət edən nəqliyyatın intensivliyi artıb. Bu da mövcud tıxacın daha da artmasına səbəb olur.Bakupost

 

 

Tarix: 6 İyul 2026, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin