BURADA REKLAMINIZ OLA
BİLƏR

Suraxanıda su xəttində baş verən qəza aradan qaldırıldı

Suraxanı rayonunda su xəttində baş verən qəza aradan qaldırılıb.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Pravda.az-a bildirilib ki,

 

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 mm olan içməli su xəttində baş vermiş qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi əməkdaşlar əraziyə cəlb olunublar və qəza dərhal aradan qaldırılıb.

 

Görülən işlər zamanı su təminatında fasilə yaranmayıb.

Tarix: 6 İyul 2026, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin