BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla bu ölkə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.

 

Bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Tarix: 6 İyul 2026, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin