BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə üstündən keçərək öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda insanların gözü qarşısında avtomobillə vurulan kişi ölüb.

 

Qəsdən törədilən cinayət paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.

 

Hüquq mühafizə orqanlarına məlumat daxil olub ki, qəsəbə sakini, 43 yaşlı Azər Şahmuradov yaşadığı küçədə qəsdən avtomobillə vurulub. Onu xəstəxanaya aparsalar da, həkimlər həyatını xilas edə bilməyiblər.

 

O da bildirilir ki, 46 yaşlı Asif Nağıyev avtomobillə bir neçə dəfə onun üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı ağır xəsarətlərdən həyatını itirib.

 

Qətlin bəzi təfərrüatı məlum olub. Mərhumun Asif Nağıyevin həyat yoldaşına SMS yazdığı bildirilir. Asif Nağıyevin qardaşı Vasif Nağıyev iddia edir ki, qardaşı bundan xəbər tutduqdan sonra Azər Şahmuradova qəsəbəni tərk etməsini tapşırıb.

 

Mərhumun ailəsi isə baş verənlərlə bağlı kamera qarşısında danışmaqdan imtina etdilər.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 6 İyul 2026, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin