BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza baş verən zaman kəmər taxmayan sərnişin xəsarət alarsa, məsuliyyəti sürücü daşıyır - AÇIQLAMA

Yollarda təhlükəsizlik kəmərindən istifadə ilə bağlı tətbiq olunan qaydalarla bağlı mövzu yenidən gündəmə gətirilib. Belə ki, sərnişinin təhlükəsizlik kəməri taxmamasına görə məsuliyyətin kimin üzərinə düşməsi mübahisələndirilir.

 

Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, sərnişin kəmər taxmırsa, sürücü hansısa məsuliyyət daşımır.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

O qeyd edib ki, qanunda hər ikisi üçün ayrıca cərimə nəzərdə tutulub: “Təhlükəsizlik kəmərini taxmadığına görə sürücü 40 manat, sərnişinə ayrıca olaraq 30 manat məbləğində cərimə nəzərdə tutulur. Amma hər hansısa yol nəqliyyat hadisəsi baş verərsə, həmin sərnişin xəsarət alarsa və ya ölərsə, bu halda artıq sərnişininin təhlükəsizliyini təmin etmədiyi üçün sürücü cinayət məsuliyyətinə cəlb olunacaq. Bu səbəbdən tövsiyə edilir ki, sürücülər mütləq sərnişinlərin təhlükəsizlik kəmərindən  istifadə etməsini təmin etsinlər. Çünki qəza baş verərsə, sürücü də artıq məsuliyyət daşıyacaq”.

 

Şəhanə Qədirli

Tarix: 7 İyul 2026, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin