BURADA REKLAMINIZ OLA
BİLƏR

"BTB Bank"dan oğurluq edən şəxslər kassasiya şikayəti verdi

"BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayev və Sergey Qrinkeviçin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: Hadisə 2025-ci ilin martında baş verib. "BTB Bank" ASC-nin depozit otağından 316 min manat və 32 ABŞ dolları oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.


Araşdırmalarla oğurluqda şübhəli bilinənlər - Aleksey Babayev və Sergey Qrinkeviç saxlanılaraq istintaqa cəlb olunublar.


Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 29.177.4-cü (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aleksey Babayev və Sergey Qrinkeviçin hər biri 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 7 İyul 2026, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin