BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslər adlarını dəyişdilər - Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar...

Bu ilin ilk 6 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur (849), Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434) Ömər (349), Murad (341), Tunar (321), Fateh (309), qız uşaqlarına isə Melisa (569), Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429), Fatimə (367) adları qoyulub.

 

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, cari ilin ilk 6 ayı ərzində 1213 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub.

 

"Ən çox seçilən və ən çox dəyişdirilən adların statistikası aparılmır”, - deyə rəsmi cavabda bildirilib.

 

Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.modern.az

Tarix: 7 İyul 2026, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin