"İranda son illər populyarlıq qazanmış 29 yaşlı müğənni Pərəstu Əhmədi barəsində çıxarılan məhkəmə hökmü təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də geniş diqqət çəkib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Belə ki, bir neçə gün əvvəl Qum əyalətinin Cinayət Məhkəməsi Pərəstu Əhmədini və onun 2024-cü ilin sonlarında baş tutmuş xəyali "Karvansara Konserti"nin daha 8 iştirakçısını ayrı-ayrılıqda 74 şallaq zərbəsinə məhkum edib, eləcə də onlara iki il ölkədən çıxış qadağası qoyub. Həmçinin məhkəmə İran İslam Cəza Qanununun 638-ci maddəsinə və Kibercinayətlər haqqında Qanunun 743-cü maddəsinə istinad edərək vurğulayıb ki, bu doqquz nəfərin iki il müddətində musiqi və incəsənət sahəsində heç bir peşə fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Məhkəmə hökmündə sənətçilərə qarşı irəli sürülən ittiham "virtual məkanda əxlaqsız və mənəviyyata zidd məzmun hazırlamaq və yaymaq yolu ilə ictimai əxlaqı pozmaq" kimi göstərilib.
Amma həmin yarım saatlıq virtual konserti izləyənlər orada əxlaqa zidd hansısa məqamın olduğunu görə bilməzlər: məhkəmənin bu ittihamı yalnız Pərəstu Əhmədinin məcburi hicaba riayət etməməsinə söykənir. Belə ki, məhkəmə qərarının əsas hissəsində Pərəstu Əhmədinin geyimi "hicaba uyğun olmayan" və "yarıçılpaq" kimi təsvir edilib. Hökmdə qeyd olunub ki, məsələ yalnız baş örtüyünün olmaması və ya saçların açıq olması ilə məhdudlaşmır, videoda müğənninin başı, boynu, qolları və sinəsinin əhəmiyyətli hissəsi də görünür. Lakin şübhə yoxdur ki, ilk növbədə müğənninin oxuduğu mahnıların məzmunu və azadlıq ruhu rejim təmsilçilərini qəzəbləndirib. Üstəlik, ölkədə "YouTube" platformasının bloklandığı bir şəraitdə Pərəstu Əhmədinin videokonsertinin 3 milyondan çox baxış toplaması da İran hakimiyyətini narahat edib", - deyə videosüjetdə bildirilib.
11 İyul 23:47
11 İyul 22:47
11 İyul 21:52
11 İyul 20:58
11 İyul 20:56
11 İyul 20:11
11 İyul 20:09
11 İyul 20:08
11 İyul 20:07
11 İyul 20:05
11 İyul 19:05
11 İyul 18:49
11 İyul 18:16
11 İyul 18:11
11 İyul 18:10
11 İyul 18:08
11 İyul 17:12
11 İyul 16:20
11 İyul 16:18
11 İyul 15:49
11 İyul 15:38
11 İyul 15:35
11 İyul 15:12
11 İyul 13:19
11 İyul 12:15
11 İyul 12:10
11 İyul 11:20
11 İyul 11:12
11 İyul 10:46
11 İyul 10:22
11 İyul 10:00
11 İyul 09:02
11 İyul 07:54
11 İyul 07:17
11 İyul 03:50
11 İyul 03:48
11 İyul 03:39
11 İyul 03:34
11 İyul 03:29
11 İyul 03:28
10 İyul 23:33
10 İyul 20:12
10 İyul 19:57
10 İyul 19:43
10 İyul 19:21
10 İyul 19:06
10 İyul 18:54
10 İyul 18:44
10 İyul 18:40
10 İyul 18:08
10 İyul 18:04
10 İyul 17:59
10 İyul 17:52
10 İyul 17:49
10 İyul 17:46
10 İyul 17:40
10 İyul 17:33
10 İyul 17:27
10 İyul 17:09
10 İyul 16:43
10 İyul 16:40
10 İyul 16:32
10 İyul 16:23
10 İyul 16:21
10 İyul 16:12
10 İyul 16:03
10 İyul 15:53
10 İyul 15:47
10 İyul 15:47
10 İyul 15:32
10 İyul 15:30
10 İyul 15:26
10 İyul 15:19
10 İyul 15:10
10 İyul 14:53
10 İyul 14:52
10 İyul 14:47
10 İyul 14:40
10 İyul 14:30
10 İyul 14:24
10 İyul 14:19
10 İyul 14:16
10 İyul 14:14
10 İyul 14:08
10 İyul 14:03
10 İyul 13:45
10 İyul 13:42
10 İyul 13:41
10 İyul 13:38
10 İyul 13:35
10 İyul 13:32
10 İyul 13:31
10 İyul 13:24
10 İyul 13:16
10 İyul 13:12
10 İyul 13:11
10 İyul 13:07
10 İyul 13:04
10 İyul 12:59
10 İyul 12:57
10 İyul 12:53
10 İyul 12:50
10 İyul 12:46
10 İyul 12:41
10 İyul 12:36
10 İyul 12:33
10 İyul 12:30
10 İyul 12:30
10 İyul 12:23
10 İyul 12:21
10 İyul 12:17
10 İyul 12:15
10 İyul 12:02
10 İyul 12:00
10 İyul 11:55
10 İyul 11:53
10 İyul 11:48
10 İyul 11:44
10 İyul 11:41
10 İyul 11:37
10 İyul 11:33
10 İyul 11:20
10 İyul 11:14
10 İyul 11:13
10 İyul 11:00
10 İyul 10:41
10 İyul 10:16
10 İyul 10:12
10 İyul 09:56
10 İyul 09:49
10 İyul 09:28
10 İyul 09:14
10 İyul 09:01
10 İyul 08:58
10 İyul 08:48
10 İyul 08:41
10 İyul 08:39
10 İyul 08:37
10 İyul 08:31
10 İyul 08:26
10 İyul 08:23
10 İyul 08:15
10 İyul 08:10
10 İyul 08:06
10 İyul 07:11
10 İyul 07:08
10 İyul 07:06
9 İyul 23:58
9 İyul 23:25
9 İyul 22:43
Ən son xəbərləri səhifəmizdən də izləyin