BURADA REKLAMINIZ OLA
BİLƏR

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO zirvə toplantısında iştirak üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampla görüşüb.

 

Pravda.az AZƏRTAC-a istinadla  xəbər verir ki, “Beştepe” kompeksində ABŞ Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

Yerli saatla 15.40-da başlayan müzakirələrin əsas mövzusunun müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

 

Ərdoğan-Tramp görüşünün gündəliyində, həmçinin, Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması kimi mövzular daxildir.

Tarix: 7 İyul 2026, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin