BURADA REKLAMINIZ OLA
BİLƏR

İlin ən uğurlu 3 günü!

Astrologiyada ilin ən bərəkətli, ən sehrli və uğurlu günləri başlayıb. Göy üzünün ən parlaq ulduzu olan sirius ilə günəş hər il iyul ayının əvvəlində qovuşur. 2026-cı ildə iyulun 6-sı, 7-si və 8-i tarixlərində reallaşan bu qovuşum, tale qapılarının açıldığı, duaların və niyyətlərin qəbul olunduğu xüsusi bir zaman dilimini ifadə edir.

 

Pravda.az bu güclü göy üzü hadisəsinin bürclərə necə təsir edəcəyini təqdim edir:

 

Qoç

Bu qovuşum sizin ailə, ev və yuva sahənizdə reallaşır. Evinizdə hüzur tapmaq, ailədaxili köhnə problemləri həll etmək və gələcəyə dair təhlükəsiz addımlar atmaq üçün mükəmməl günlərdəsiniz. Niyyət edərkən ailənizin rifahını və daxili hüzurunuzu ön plana çıxarın.

 

Buğa

Yaxın ətrafınızla olan münasibətlər, qardaş-bacılar və ünsiyyət sahəniz canlanır. Zehni olaraq çox yaradıcı olduğunuz bu günlərdə ağlınıza gələn ideyaları mütləq qeyd edin. Yeni bir təhsilə başlamaq və ya mühüm bir müqavilə imzalamaq üçün göy üzü sizi dəstəkləyir.

 

Əkizlər

Sirius və günəş qovuşumu sizin maddi qaynaqlar və bərəkət evinizdə baş verir. Pul barəsində şanslı bir dövrə qədəm qoyursunuz. Yeni gəlir qapılarının açılması, borcların bağlanması və ya iş təklifləri gündəmə gələ bilər. Maddi rifahınız üçün niyyətlər edin.

 

Xərçəng

Sizin bürclərinizdə reallaşan bu qovuşum həyatınızın ən parlaq günlərini vəd edir. Şəxsi imiciniz, hədəfləriniz və münasibətləriniz yenidən formalaşır. Göy üzünün bütün işığı üzərinizdədir. Özünüzü ortaya qoymaq, yeni başlanğıclar etmək üçün bu sehrli günlərdən maksimum yararlanın.

 

Şir

Bu qovuşum sizin gizli qalan, ruhsal sahənizdə baş verir. Daxili dünyanıza qapanmaq, meditasiya etmək, qorxularınızdan arınmaq və şüuraltı təmizliyi üçün əla vaxtdır. Dualarınızın daxili hüzur və şəfa üzərinə olması sizə möcüzəvi qapılar aça bilər.

 

Qız

Sosial mühitiniz, dostluqlarınız və gələcəyə dair ümidləriniz sirius ulduzunun işığı ilə aydınlanır. Yeni layihələrə başlamaq, böyük xəyallar qurmaq və sosial məsuliyyət işlərində yer almaq üçün göy üzü sizi irəli çəkir. Dostlarınız vasitəsilə böyük şanslar əldə edə bilərsiniz.

 

Tərəzi

Karyera və cəmiyyətdəki mövqeyinizlə bağlı ən şanslı günləri yaşayırsınız. İş həyatınızda parlaq bir dövrdür. Vəzifə artımı, uğurlu layihələr və ya gözlədiyiniz iş təsdiqi bu günlərdə gələ bilər. Gələcək hədəflərinizi böyük tutun.

 

Əqrəb

Bu qovuşum sizin dünyagörüşünüzü, xariclə bağlı mövzuları və akademik həyatınızı işıqlandırır. Hüquqi məsələlərdə ədalət sizin tərəfinizdə olacaq. Səyahətlər, fərqli mədəniyyətlərlə ünsiyyət və ruhsal inkişaf baxımından dualarınızın qəbul olacağı bir dövrdür.

 

Oxatan

Maddi məsələlər, miras, şərikli qazanclar və investisiyalar sahənizdə möcüzəvi bir enerji var. Krizislərdən güclənərək çıxacağınız, daxili bir çevrilmə yaşayacağınız günlərdəsiniz. Eyni zamanda ruhsal və psixoloji olaraq yenilənmək üçün niyyətlər edə bilərsiniz.

 

Oğlaq

Münasibətlər, evlilik və tərəfdaşlıq sahəniz bu qovuşumla taclanır. Əgər subaysınızsa, həyatınızın sevgisi ilə qarşılaşa bilərsiniz. Mövcud münasibətlərinizdə isə bağlar daha da güclənəcək. Qarşı tərəflə ortaq addımlar atmaq və sülh yaratmaq üçün ideal zamandır.

 

Dolça

Gündəlik həyatınız, iş mühitiniz və sağlamlığınız sirius ulduzunun qoruması altındadır. Sağlamlıq problemləriniz varsa, bu günlərdə şəfa tapa bilərsiniz. İş mühitində şəraitin yaxşılaşması, daha nizamlı və bərəkətli bir gündəlik həyat qurmaq üçün niyyət edin.

 

Balıq

Eşq, yaradıcılıq, xobbilər və uşaqlarla bağlı mövzularda ilin ən şanslı günlərini yaşayırsınız. Həyatdan zövq alacağınız, ilhamla dolub-daşacağınız bir dövrdür. Yaradıcı layihələrinizi nümayiş etdirmək və ürəyinizi sevgiyə açmaq üçün bu üç günün enerjisindən mütləq istifadə edin.

 

Əminə Bayramova

Tarix: 7 İyul 2026, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin