BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda su olmayacaq - bu tarixdən

Diametri 355 mm olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, iyulun 10-u saat 00:00-dan etibarən Naxçıvan şəhərinin bəzi ərazilərində içməli suyun verilişində gün ərzində müvəqqəti fasilə yaranacaq.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, fasilə Z. Əliyeva, Ə. Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan yaşayış massivləri, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

 

Məlumata görə, qəza-bərpa işləri başa çatdırıldıqdan sonra ərazilərin su təchizatı əvvəlki rejimdə bərpa olunacaq.

 

Qurum sakinlərdən yaranan narahatlığa görə anlayış göstərmələrini xahiş edib.

 

Əlavə məlumat üçün vətəndaşlar 7/24 fəaliyyət göstərən 545-01-93 və 955 Çağrı Mərkəzləri ilə əlaqə saxlaya bilərlər.

Tarix: 7 İyul 2026, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin