BURADA REKLAMINIZ OLA
BİLƏR

Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var

"Azərbaycan alüminiumu" ASC (VÖEN - 9900034091) ləğv olunduğunu elan edib.

 

Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti küçəsi, ev 6 ünvanında yerləşən Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasına bildirmələri istənilir.

 

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 18 milyon 163 min 999 manat olan "Azərbaycan alüminiumu" ASC 2000-ci ildən fəaliyyət göstərir.

 

Hazırda dövlət büdcəsinə 8 milyon 524 min 235 manat 25 qəpik vergi borcu olan "Azərbaycan alüminiumu" ASC-nin qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur.

Tarix: 7 İyul 2026, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin