BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı–Sumqayıt yolunda sıxlığın səbəbi bilindi

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb.

 

Yanğın səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Tarix: 7 İyul 2026, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin