Son zamanlar botoks prosedurundan sonra gözdə çəplik, səyirmə və digər görmə ilə bağlı problemlərin yaranması hallarına rast gəlinir. Bu cür hallar, xüsusilə qadınlar arasında botoksun təhlükəsizliyi ilə bağlı narahatlığı artırır və prosedurun mümkün riskləri barədə suallarını gündəmə gətirir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən kosmetoloq Aytən Seyidova bildirib ki, baş verən problemlərin bir qismi bəzi həkimlərin anatomiya bilgilərinin az olmasından irəli gəlir:

O təəssüf hissi ilə qeyd edib ki, tibb universitetlərində sırf kosmetologiya ilə bağlı hər hansısa bir tədris olmadığına görə burada həkimlər, sadə kosmetoloqlar da olur: “Buna baxmayaraq yenə də anatomiya bilgiləri çox zəifdir. Botoksla bağlı problemi iki əsas bölməyə ayıra bilərəm. Birinci səbəb kimi savadsızlığı görürəm. Belə ki, bir çox problem kosmetoloqların səhvi ucbatından baş verir. Üz əzələlərinin anatomiyasını bilmək çox vacibdir. Harada, neçə müddətlik kurs keçirilməyindən asılı olmayaraq bəzi tədris yerlərində bir neçə əzələ göstərilir, bəzilərində isə, ümumiyyətlə, nöqtə ilə tədris keçirlər. Belələri 20 faiz təşkil edir. 80 faiz isə tədrisə görə hansısa kosmetoloqun yanına gedirlər, orada isə əzələ məlumatları yox, sadəcə olaraq, nöqtələrlə bağlı məlumatları verirlər ki, hara botoks vurmaq olar... Sanki biri dərziliyi öyrənmək istədiyi üçün dərzinin yanına gedir, o da sadəcə birinin üzərində paltarın necə tikiləcəyini öyrədir. Şəxs də 40 ölçülü vücudda paltar tikməyi öyrənir və gedir müxtəlif ölçülü insanlara ancaq 40 ölçü üçün geyimi tikib verir. Hamıya eyni ölçülü paltarı geyindirmək olmaz. Bu misal eynilə bizim sahəyə də aiddir. Üz əzələləri hansı sümükdən başlayır, hansı əzələlər bir-birinə toxunur, birləşəcəyini mükəmməl şəkildə bilmək lazımdır. Bunu bildikdən sonra düzgün tətbiq etmək gərəkdir. Ancaq bununla da bitmir. Üz əzələlərini mükəmməl bilməklə yanaşı, yaşlanma tiplərini, əzələlərin hərəkətinə baxmaq lazımdır. Elə insan var ki, onun əzələsi hədsiz dərəcədə aktivdir, eləsi var passivdir. Əksər zaman bunu da nəzərə almırlar, müəyyən xəstəliklər var ki, bunu diqqətə almaq lazımdır, çünki həmin xəstəliklərdə ödəmə məruz qalmaq mümkündür. Bilinməlidir ki, üz əzələlərini bloka salanda burada müəyyən problemlər yarana bilər. Üzdə olan assimetriya nəzərə alınmaldır. Bir çoxları yaşlılıq tiplərini dəyərləndirmirlər. Məsələn, düşünülür, əzələdən irəli gələn yaşlılığı botoksla aradan qaldırmaq mümkündür. Burada sırf botoksla etməyi düşünürlər ki, hər şey əla olacaq, amma təəssüflər olsun ki, birdən-birə aktiv əzələləri dayandıranda insanın fizioloji olaraq ömür boyu hərəkət edən əzələni dondururlar və həmin pasiyent sonra böyük psixoloji problemlər yaşamağa başlayır, ödəmə məruz qala bilər, mimik donanda psixoloji problemlər yaranır. Ödəmli tipi də nəzərə almırlar, çünki bilgiləri yoxdur. Anlamırlar ki, bu insanda ödəmə məruz qalma varsa, hansısa xəstəlikləri da mövcuddursa, burada botoks vurub daha bərbad vəziyyət yarada bilərik. Qaşların düşməsi, assimetriyalar və digər problemlər yarana bilər. Burada təkcə dermatologiya bilgisi lazım deyil. Üz mimiklərini, əzələlərini dərindən bilmək lazımdır. Kosmetoloq olmaq istəyirsinizsə, bilgilər daim artırılmalıdır, universiteti bitirmək kifayət etmir. Üz, mimik ifadələri beyinə xüsusi informasiyalar ötürür və qana sakitləşdirici hormonlar ifraz olunur. Birdən-birə mimikalar dondurulduqda informasiya beyinə çatmadığına görə sakitləşdirici hormonlar da qana ifraz olunmur, bu da psixoloji narahatlığa səbəb olur. Uzun illər belə mimikalara təsirlər olduqda istənilməyən nəticələr yarana bilər”.
Kosmetoloq qeyd edib ki, kosmetoloji preparatların hazırlanmasında Avropa standartları var: “Avropa standartlarında preparatlar müəyyən zülallardan arınmalıdır (Allergik reaksiyalar olmasın deyə). O zülallardan arınan preparatların qiyməti isə daha yüksək olur. Çünki onun təmizlənmə prosesi daha uzun çəkdiyindən, daha yüksək keyfiyyətli preparat hazır olduğuna və standartlara uyğun olaraq mimikanı dondurmadığına görə qiymət yüksək ola bilir. Çox yanlış informasiyalara görə bizim pasiyentlərimiz bunu anlamırlar. Bəzən gəlib ən bahalısını ən çox mimikanı donduran kimi anlayırlar. Bu informasiya onlara aydınlıq gətirmək lazımdır. Bazarda çox ucuz preparatlar var. Ucuz olmasına səbəb isə Avropa standartlarına uyğun olmadığı üçündür. Eyni zamanda toksin, zülallardan tam təmizlənmir, arınmır və dəyəri çox aşağı olur. Dərinlikləri bilməyən kosmetoloqlar da bundan istifadə edə bilirlər. Çünki bəzən bu sahəyə zaman xərcləmirlər. İki-üç ay kursa gedirlər, müəyyən qədər ödəniş edirlər və anatomik, tibbi bilgilər olmadan tətbiq etməyə başlayırlar. Bilmədikləri üçün fəsadlarından da qorxmurlar. Yanlış edirlər, fəsadları olur, təssüf ki, bəzilərinə dərs də olmur. Bunların qarşısı alınmalıdır. Çünki bu kimi problemlər baş alıb gedir”.
Şəhanə Qədirli
11 İyul 23:47
11 İyul 22:47
11 İyul 21:52
11 İyul 20:58
11 İyul 20:56
11 İyul 20:11
11 İyul 20:09
11 İyul 20:08
11 İyul 20:07
11 İyul 20:05
11 İyul 19:05
11 İyul 18:49
11 İyul 18:16
11 İyul 18:11
11 İyul 18:10
11 İyul 18:08
11 İyul 17:12
11 İyul 16:20
11 İyul 16:18
11 İyul 15:49
11 İyul 15:38
11 İyul 15:35
11 İyul 15:12
11 İyul 13:19
11 İyul 12:15
11 İyul 12:10
11 İyul 11:20
11 İyul 11:12
11 İyul 10:46
11 İyul 10:22
11 İyul 10:00
11 İyul 09:02
11 İyul 07:54
11 İyul 07:17
11 İyul 03:50
11 İyul 03:48
11 İyul 03:39
11 İyul 03:34
11 İyul 03:29
11 İyul 03:28
10 İyul 23:33
10 İyul 20:12
10 İyul 19:57
10 İyul 19:43
10 İyul 19:21
10 İyul 19:06
10 İyul 18:54
10 İyul 18:44
10 İyul 18:40
10 İyul 18:08
10 İyul 18:04
10 İyul 17:59
10 İyul 17:52
10 İyul 17:49
10 İyul 17:46
10 İyul 17:40
10 İyul 17:33
10 İyul 17:27
10 İyul 17:09
10 İyul 16:43
10 İyul 16:40
10 İyul 16:32
10 İyul 16:23
10 İyul 16:21
10 İyul 16:12
10 İyul 16:03
10 İyul 15:53
10 İyul 15:47
10 İyul 15:47
10 İyul 15:32
10 İyul 15:30
10 İyul 15:26
10 İyul 15:19
10 İyul 15:10
10 İyul 14:53
10 İyul 14:52
10 İyul 14:47
10 İyul 14:40
10 İyul 14:30
10 İyul 14:24
10 İyul 14:19
10 İyul 14:16
10 İyul 14:14
10 İyul 14:08
10 İyul 14:03
10 İyul 13:45
10 İyul 13:42
10 İyul 13:41
10 İyul 13:38
10 İyul 13:35
10 İyul 13:32
10 İyul 13:31
10 İyul 13:24
10 İyul 13:16
10 İyul 13:12
10 İyul 13:11
10 İyul 13:07
10 İyul 13:04
10 İyul 12:59
10 İyul 12:57
10 İyul 12:53
10 İyul 12:50
10 İyul 12:46
10 İyul 12:41
10 İyul 12:36
10 İyul 12:33
10 İyul 12:30
10 İyul 12:30
10 İyul 12:23
10 İyul 12:21
10 İyul 12:17
10 İyul 12:15
10 İyul 12:02
10 İyul 12:00
10 İyul 11:55
10 İyul 11:53
10 İyul 11:48
10 İyul 11:44
10 İyul 11:41
10 İyul 11:37
10 İyul 11:33
10 İyul 11:20
10 İyul 11:14
10 İyul 11:13
10 İyul 11:00
10 İyul 10:41
10 İyul 10:16
10 İyul 10:12
10 İyul 09:56
10 İyul 09:49
10 İyul 09:28
10 İyul 09:14
10 İyul 09:01
10 İyul 08:58
10 İyul 08:48
10 İyul 08:41
10 İyul 08:39
10 İyul 08:37
10 İyul 08:31
10 İyul 08:26
10 İyul 08:23
10 İyul 08:15
10 İyul 08:10
10 İyul 08:06
10 İyul 07:11
10 İyul 07:08
10 İyul 07:06
9 İyul 23:58
9 İyul 23:25
9 İyul 22:43
Ən son xəbərləri səhifəmizdən də izləyin