BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalibaf: Biz təslim olmayacağıq

İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib.

 

Qalibaf “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək.

 

"Qorxutma və hədə-qorxu dövrü başa çatıb. Bu, heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq", – Qalibaf vurğulayıb.APA

Tarix: 8 İyul 2026, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin