BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar Nəriman Həsənzadənin vəziyyəti ilə maraqlanmırlar

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir.

 

Bu barədə məlumatı Pravda.az-a şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

 

Onun sözlərinə görə, N.Həsənzadənin səhhətində müəyyən qədər irəliləyiş olsa da, ziyarətə icazə verilmir: “Reanimasiya şöbəsində olduğu üçün heç kimə ziyarət etməyə icazə verilmir. Yalnız zəng edib maraqlanırlar. Heydər Əliyev Fonduna, Paşa Sığortaya, Mədəniyyət Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Həqiqətən də bizə hər zaman dəstək olublar. Amma deputatların heç biri zəng edib maraqlanmırlar”.

 

Şəhanə Qədirli

Tarix: 8 İyul 2026, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin