BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan duzu niyə böyük marketlərdə tapılmır? - AÇIQLAMA

“Naxçıvan Duz İstehsalı” MMC-nin dirketoru Anar Əsədullayev paytaxtda fəaliyyət göstərən kiçik marketlərdən fərqli olaraq böyük marketlərdə Naxçıvan duzunun tapılmaması, həmçinin bahalaşması ilə bağlı suallara aydınlıq gətirib.

 

A.Əsədullayev Pravda.az-a açıqlamasında deyib ki, Bakıya satış olunur, qiymətdə isə böyük artım yoxdur.

 

O qeyd edib ki, yanacaq bahalaşıb, İranda yol xərcləri də artıb: “Duz Naxçıvandan "KamAZ" vasitəsilə Bakıya göndərilir. Yəni nəqliyyat xərcləri artıb, başqa heç bir artım yoxdur. Naxçıvan duzunun satışını paytaxtda və rayonlarda "Veysəloğlu" şirkəti həyata keçirir. Duzun Bakıya göndərilməsi yeni başlayıb. Ola bilər, buna görə bir çox marketlərdə hələ satışı təmin olunmayıb. Ümidvarıq ki, yaxın gələcəkdə bütün marketlərdə Naxçıvan duzunu görə biləcəksiniz”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2026, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin