BURADA REKLAMINIZ OLA
BİLƏR

Misir Mərdanov bəzi müəllimlərin geyimini tənqid etdi: "Bu hal müəllim nüfuzuna təsir edir"

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. Bu məsələ son zamanların ən aktual mövzularından biridir. Müəllimlərin bir qismi bununla razılaşsa da, digər qismi narazıdır. Yeniliyi dəstəkləyən müəllimlər bunun zəruri olduğunu bildirdikləri halda, narazı olanlar monotonluğun uşaqları yoracağını düşünürlər.

 

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov da vahid geyim tələblərinin tətbiqini dəstəklədiyini bildirdi. Onun sözlərinə görə, bəzi müəllimlərin məktəbə peşəyə yaraşmayan geyimdə gəlməsi cəmiyyətdə müəllim nüfuzuna mənfi təsir göstərir. Məhz buna görə də müəllimlər üçün vahid formanın tətbiqini məqsədəuyğun hesab edən keçmiş nazir bunun yalnız müsbət nəticələr verəcəyini, hər hansı mənfi tərəf görmədiyini vurğuladı:

 

"Açığı deyək ki, bəzi müəllimlərimiz məktəbə əsl müəllimə yaraşmayan formalarda gedirlər. Bu da ümumiyyətlə cəmiyyətdə müəllim haqqında mənfi fikir formalaşdırır. Bu baxımdan mən o fikirlə razıyam ki, müəllim bir forma geyinsin. Nolar ki, müəllimlər formalarda gəlsələr? Yəni mən onun yalnız xeyrini bilirəm, ziyan edəcəyini düşünmürəm".

Tarix: 8 İyul 2026, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin