BURADA REKLAMINIZ OLA
BİLƏR

Akademik Əjdər Məcidov vəfat etdi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor  Əjdər Məcidov 88 yaşında vəfat edib.

 

Məlumata görə, akademik bu gün səhər saatlarında vəfat edib.

 

Qeyd edək ki, Əjdər Məcidov 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Fotoları təqdim edirik
Tarix: 8 İyul 2026, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin