BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - "İnanmırsınızsa, gəlin Xaçmaza" - YENİLƏNDİ

“Mənim saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”. Bunu Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatları şərh edən YAP Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov deyib.

 

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib: "Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza".

 

***

15:09

 

Hüquq-mühafizə orqanlarının  keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.

 

Məlumata görə, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

 

Saxlanılmasından bir gün sonra isə YAP  Balaqadaşovu  Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.

 

Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info-nun “Mövlam Şıxəliyevin məşhur restoranının daha bir şəriki varmış – MÜSADİRƏYƏ GEDİR…”      başlıqlı xəbərində sabiq MTN generalına məxsus məşhur “Çoban Bulağı” restoranının bir sahibi kimi Məhəmməd Balaqdaşovun adı çəkilirdir.

 

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.

 

Saytımızın araşdırması zamanı sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb. Gununsesi.info

Tarix: 8 İyul 2026, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin