BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli 10 p.m yanıb.

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 14 Avqust 2020, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin