BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib.

 

Pravda.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sənədə əsasən, Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.

 

Sərəncamla Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.

Tarix: 8 İyul 2026, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin