BURADA REKLAMINIZ OLA
BİLƏR

Pirşağıda kanalizasiya kollektorlarının tikintisi ilə bağlı təhlükəsizlik tədbirləri görülüb - FOTO

Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi həyata keçirilir.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Pravda.az-a bildirilib ki, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, sahə mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

 

Agentlikdən qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırma aparılması və rəsmi açıqlamanın alınması üçün aidiyyəti quruma müraciət olunması məqsədəuyğundur.

Fotoları təqdim edirik
Tarix: 8 İyul 2026, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin