BURADA REKLAMINIZ OLA
BİLƏR

Balakəndə kişini sel apardı

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

 

Hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

 

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

 

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.Report

Tarix: 8 İyul 2026, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin