BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən Şahbaz Xuduoğluna cavab - YENİLƏNDİ

Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıb.

 

Pravda.az-ın xəbərinə görə, nəşriyyatın direktoru Şahbaz Quduoğlu buna etiraz edib.

 

O, polisin bu cür yoxlama aparmasını qanunsuz hesab edib.

 

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, burada qanunsuz nəsə yoxdur: "Xüsusi karantin rejiminə nəzarət 5 aydır ki, polis əməkdaşları və Daxili Qoşunalrın hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə bütün qapalı məkanlarda, sərnişin avtobuslarında və digər yerlərdə insanların tibbi maskadan istifadə etməsinə, ara məsafəsinin saxlanmasına nəzarəti həyata keçirən polis əməkdaşları bütün qapalı məkanlara daxil olaarq qaydalara riayət edilib-edilmədiyini yoxlayır və qanunvericilkdə nəzərdə tutulmuş müvafiq  tədbirlər görür.

 

Şahbaz Xuduoğlunun rəhbər olduğu nəşriyyat da qapalı məkandır və kifayət qədər insan işləyir. Polis əməkdaşları da Nazirlər Kabineyinin qərarına uyğun olaraq vəzifəsinin icrasını təmin etmək məqsədilə həmin məkana daxil olub və qaydalara riayət edib-etməmələrini yoxlayıb və öz tövsiyələrini verərək, oranı tərk ediblər. Ancaq Şahbaz Xuduoğlu Nazirlər Kabinetinin qərarlarını bilərəkdən və ya bilməyərəkdən polis əməkdaşlarının onun nəşriyyatına qanunsuz gorməkdə günahlandırır. Ancaq bu, belə deyil, polis əməkdaşları sırf öz xidməti vəzifələrini yerinə yetiriblər".

 

***

14:48

 

Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıb.


Pravda.az-ın xəbərinə görə, nəşriyyatın direktoru Şahbaz Quduoğlu buna etiraz edib.


O, polisin bu cür yoxlama aparmasını qanunsuz hesab edir: "Mənə zəng etdilər ki, nəşriyyata polislər gəlib. Nəşriyyata gəldim. Gördüm çevik polisin iki əməkdaşı otaqları gəzib çəkiliş aparır. Maskasız işçilər axtarırlar.
Təsəvvür edin, iki polis gözlənilmədən, aqressiv formada otaqlara daxil olub çəkilişlər edirlər. İşçilərə qorxu gəlirlər. Azərbaycan polisinə bunu yaraşdırmıram. Adam gərək çiynində paqonu da vicdanla, hörmətlə daşısın. Ondan insanlara qorxu gəlmək üçün yox, yardım etmək üçün istifadə etsin. O polisləri nəşriyyata göndərənlərdən cavab istəyirəm. Mən kimə lazımam, məni niyə axtarırsız? Niyə insan kimi oturub işləməyimizə mane olursuz?!"

Qeyd: Ş.Xuduoğlu deputat Sabir Rüstəmxanlının qardaşıdır.

 

Polislər icazəsiz "Qanun" nəşriyyatına girdilər from Pravda on Vimeo.

 

Tarix: 14 Avqust 2020, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin