BURADA REKLAMINIZ OLA
BİLƏR

Ayaz Salayevdən şok açıqlama: “Nə vaxtsa kimsə rus sektorunu bağlamaq söhbətini qaldırsa, o dəqiqə döyüşə hazıram”

“Nə vaxtsa kimsə yenə də rus sektorunu bağlamaq söhbətini qaldırsa, o dəqiqə döyüşə hazıram. Hələ ki mən sağam, hansı rus məktəbini söksələr, dağıtsalar, qabağında dayanmağa hazıram”.

 

Pravda.az xəbər verir ki, bu sözləri   tanınmış kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev “Yazılan və yozulan” verilişində deyib.

 

O, fikrini belə əsaslandırıb: “Mən çox vətənpərvər bir adamam. Rusiyanın bizə münasibətindən, xarici siyasətindən zəhləm gedir. Nifrət edirəm! Siz hansısa rus dilini mükəmməl bilməyən elm adamını burada təsəvvür edə bilərsiniz? Yox. Yaxşı, sən Qərbi sevmirsən, Şərq meyillisən. Hamı ərəb-fars dilini, əski əlifbanı bilir? Yox. Mənim babam bilirdi... Rusiyanı ilahiləşdirmək olmaz. Rus tarixi bir qayda olaraq şərəfli bir tarix deyil, amma dil ayrı şeydir”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2026, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin