BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yaşamaq üçün 36 mindən çox müraciət daxil oldu

Dövlət Miqrasiya Xidmətinə cari ilin I yarımili ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 36 min 213, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı isə 2671 müraciət daxil olub.

 

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

 

Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 5087 müraciət daxil olub.

Tarix: 8 İyul 2026, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin