BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir qrup usta tikinti şirkətindən pullarını ala bilmədiklərini iddia edirlər - VİDEO

Bakıda bir qrup usta işlədikləri ''Avanqard-Construction'' MMC-dən pullarını ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, görülən iş üçün əvvəlcədən razılaşdırılmış məbləğ tam ödənilməyib və hazırda şirkətdən təxminən 17 min manat alacaqları qalıb.

 

Söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tikintisi aparılan yaşayış binalarında fasad işləri görən bir qrup ustadan gedir.

 

Şikayətçilərin sözlərinə görə, onlar 12 nəfər heyyətlə ''Avanqard-Consturiction'' podratçı tikinti şirkətilə razılaşaraq tikinti şirkətində hər kvadratmetr fasad işinə görə 28 manat ödənilməsi barədə razılıq əldə ediblər.

 

Ustalar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etsələr də, onlara hesablamaların məhz bu qaydada aparıldığı bildirilib.

 

Məsələ ilə bağlı adı çəkilən ''Avanqard-Construction'' ilə də əlaqə saxladıq. Şirkətdən ''Xəzər Xəbər''ə bildirildi ki, ustaların irəli sürdüyü iddialarla razı deyillər. Qeyd etdilər ki, onlarla əvvəldən işin bir kvadratmetri 25 manatdan razılaşdırılıb.

 

“Həmin şəxslər işi yarımçıq qoyub getdikləri üçün qalan məbləğ ödənilməyib. İşi təhvil verən kimi məbləğ tam ödəniləcək'',- deyə şirkətdən qeyd olundu.

 

Tarix: 8 İyul 2026, 20:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin