BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan tələbatın qarşılanması məqsədilə iyulun 9-da bir sıra ərazilərdə təmir-quraşdırma işləri aparılacaq.


Pravda.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 

Bildirilib ki, bununla əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq:


1. Yasamal rayonu: Saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində;


2. Nizami rayonu: Saat 10:00-dan 14:00-dək Keşlə qəsəbəsi, Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində;


3. Abşeron rayonu (Masazır qəsəbəsi): Saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində;
 

4. Səbail rayonu: Saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində (burada mövcud 400 kVA-lıq transformator 630 kVA gücündə olan yenisi ilə əvəzlənəcək).


Qeyd olunan təmir-bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra abonentlər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.

Tarix: 8 İyul 2026, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin