Şəki Apellyasiya Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Firudin Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilməyib.
İttihama görə, Firudin Məmmədov QSC-lərdən birində sürücü vəzifəsində çalışıb və əmək müqaviləsinə əsasən əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına görə məsul şəxs olub.
Hadisə 2025-ci ilin yanvar ayının 27-də səhər saatlarında Şəki şəhəri, P.Mustafayev küçəsində su-kanalizasiya xətlərinin çəkildiyi tikinti sahəsində baş verib. Təqsirləndirilən şəxs idarə etdiyi "JAC" markalı özüboşaldan yük avtomobili ilə tikinti sahəsinə material gətirib və yükün boşaldılması üçün nəqliyyat vasitəsini geriyə hərəkət etdirib. Həmin vaxt yük maşınının arxa hissəsinin tam görünməsi və manevr etmək üçün kifayət qədər geniş ərazi olmasına baxmayaraq, sürücü avtomobilin arxasında insanların olub-olmadığını tam dəqiqləşdirmədən geriyə hərəkət edib.
Hadisə zamanı QSC-də fəhlə işləyən zərərçəkmiş Ülfət İmamhüseynov heç bir tapşırıq almadan iş görülən ərazidə xəndəyin yanında qalmış ölçü ipini götürmək məqsədilə yük maşınının arxa hissəsinə keçib. Bu zaman geriyə hərəkət edən avtomobilin sağ arxa hissəsi ona dəyərək yerə yıxıb, daha sonra isə sağ arxa təkər onun üzərindən keçib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs hadisə nəticəsində açıq kəllə-beyin travması, kəllə sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları, baş beyin toxumasının kəllə boşluğundan xaric olması, bədənin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar, döş və qarın boşluğu orqanlarının ağır zədələnməsi kimi həyatla uzlaşmayan xəsarətlər alıb. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları"nın yük avtomobilini geriyə hərəkət etdirməzdən əvvəl arxa hissədə insan və ya maneənin olmamasına tam əmin olmaq barədə tələblərini, eləcə də daxili təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozub. Nəticədə lazımi diqqət və ehtiyatlılıq göstərmədiyinə görə ehtiyatsızlıqdan insan ölümünə səbəb olub.
İş üzrə toplanmış sübutlar əsasında məhkəmə Firudin Məmmədovun əməlini Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə tövsif edib.
Şəki Rayon Məhkəməsi belə qənaətə gəlib ki, sürücü üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirsə, yük avtomobilini geriyə hərəkət etdirməzdən əvvəl təhlükəsizlik tədbirlərinə əməl etsəydi, baş vermiş faciənin qarşısını almaq mümkün olardı.
Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Kamal Məmmədov
13 İyul 16:45
13 İyul 16:40
13 İyul 16:39
13 İyul 16:39
13 İyul 16:34
13 İyul 16:31
13 İyul 16:26
13 İyul 16:21
13 İyul 16:18
13 İyul 16:11
13 İyul 16:05
13 İyul 16:04
13 İyul 16:01
13 İyul 15:50
13 İyul 15:34
13 İyul 15:30
13 İyul 15:22
13 İyul 15:19
13 İyul 15:16
13 İyul 15:10
13 İyul 15:03
13 İyul 14:55
13 İyul 14:51
13 İyul 14:44
13 İyul 14:42
13 İyul 14:39
13 İyul 14:26
13 İyul 14:25
13 İyul 14:18
13 İyul 14:14
13 İyul 14:12
13 İyul 14:06
13 İyul 13:47
13 İyul 13:45
13 İyul 13:41
13 İyul 13:32
13 İyul 13:28
13 İyul 13:28
13 İyul 13:25
13 İyul 13:13
13 İyul 13:12
13 İyul 13:08
13 İyul 13:04
13 İyul 12:57
13 İyul 12:56
13 İyul 12:52
13 İyul 12:51
13 İyul 12:50
13 İyul 12:45
13 İyul 12:42
13 İyul 12:34
13 İyul 12:33
13 İyul 12:32
13 İyul 12:28
13 İyul 12:24
13 İyul 12:22
13 İyul 12:18
13 İyul 12:15
13 İyul 12:14
13 İyul 12:11
13 İyul 12:10
13 İyul 12:09
13 İyul 12:08
13 İyul 11:56
13 İyul 11:55
13 İyul 11:53
13 İyul 11:50
13 İyul 11:48
13 İyul 11:46
13 İyul 11:45
13 İyul 11:41
13 İyul 11:35
13 İyul 11:34
13 İyul 11:30
13 İyul 11:29
13 İyul 11:27
13 İyul 11:26
13 İyul 11:20
13 İyul 11:18
13 İyul 11:17
13 İyul 11:13
13 İyul 11:12
13 İyul 11:11
13 İyul 11:11
13 İyul 11:10
13 İyul 11:02
13 İyul 11:00
13 İyul 10:55
13 İyul 10:53
13 İyul 10:52
13 İyul 10:51
13 İyul 10:48
13 İyul 10:44
13 İyul 10:43
13 İyul 10:41
13 İyul 10:36
13 İyul 10:35
13 İyul 10:32
13 İyul 10:30
13 İyul 10:27
13 İyul 10:21
13 İyul 10:18
13 İyul 10:15
13 İyul 10:10
13 İyul 10:08
13 İyul 10:06
13 İyul 10:05
13 İyul 10:02
13 İyul 09:55
13 İyul 09:50
13 İyul 09:48
13 İyul 09:46
13 İyul 09:39
13 İyul 09:34
13 İyul 09:32
13 İyul 09:27
13 İyul 09:26
13 İyul 09:21
13 İyul 09:18
13 İyul 09:17
13 İyul 09:13
13 İyul 08:36
13 İyul 08:33
13 İyul 08:29
13 İyul 08:28
13 İyul 08:26
13 İyul 08:24
13 İyul 08:22
13 İyul 08:17
13 İyul 08:09
13 İyul 08:05
13 İyul 08:01
13 İyul 07:56
13 İyul 06:56
13 İyul 06:51
13 İyul 06:48
13 İyul 06:45
13 İyul 00:41
12 İyul 21:58
12 İyul 21:20
12 İyul 19:46
12 İyul 17:57
12 İyul 17:49
12 İyul 17:26
12 İyul 17:24
12 İyul 17:19
12 İyul 15:28
12 İyul 15:20
12 İyul 13:40
12 İyul 13:25
Ən son xəbərləri səhifəmizdən də izləyin