BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb

"Azərbaycan tərəfi Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb".

 

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzaladılar: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlahm Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.

 

APA

Tarix: 9 İyul 2026, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin