Şəki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərini aşmada və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən İqbal Alışovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, İqbal Alışov vəzifə səlahiyyətlərini aşmaqla dövlət və hüquqi şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurub, qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə külli miqdarda dələduzluq edib, həmçinin hüquq verən rəsmi sənədləri saxtalaşdıraraq qanunsuz istifadə məqsədilə hazırlayıb.
Cinayət işi materiallarına əsasən, təqsirləndirilən şəxs Dövlət Vergi Xidməti rəisinin 2022-ci il tarixli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub və 2024-cü ilədək həmin vəzifədə çalışıb.
İttihamda göstərilir ki, o, tutduğu vəzifəyə uyğun olaraq vergi borclularının əmlakının siyahıya alınması, həmin əmlakın satışı, vergi borclarının dövlət büdcəsinə ödənilməsinə nəzarət, məhkəmə qərarlarının icrası və digər təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs olub.
Lakin istintaqın qənaətinə görə, İqbal Alışov qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq səlahiyyətlərinə aid olmayan hərəkətlər edib.
Belə ki, o, MMC-lərdən birinin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondu qarşısında yaranmış vergi borcları ilə əlaqədar şirkətə məxsus qum sovuran qurğunun (gəmi) üzərinə həbs qoyulub.
Şəki Kommersiya Məhkəməsinin qərarı ilə həmin gəminin ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması müəyyən edilsə də, istintaq hesab edir ki, təqsirləndirilən şəxs bu proseduru pozaraq gəminin hərrac keçirilmədən satılmasına göstəriş verib.
Cinayət işinə görə, müstəqil qiymətləndirmə ilə bazar dəyəri 100 000 manat müəyyən edilən gəmi Mingəçevirdə cəmi 50 000 manata satılıb. Əldə edilən vəsait qanunvericiliyin tələb etdiyi kimi vergi və sosial sığorta borclarının ödənilməsinə yönəldilməyib. Əksinə, həmin pul müəssisə rəhbərinə qaytarılıb.
İstintaqın qənaətinə görə, bununla həm dövlət büdcəsinin maraqlarına, həm də vergi orqanının normal fəaliyyətinə mühüm zərər vurulub.
Cinayət işinin digər epizodu iri məbləğdə dələduzluqla bağlıdır.
İttihama görə, İqbal Alışov tanışları ilə əvvəlcədən əlbir olaraq Mingəçevir şəhərində fəaliyyət göstərən sahibkarları aldadıb.
Belə ki, zərərçəkmişlərə bildirilib ki, guya Ağdaş rayonu ərazisində fiberoptik internet xəttinin çəkilməsi üzrə keçiriləcək tenderdə onların qalib gəlməsi yüksək vəzifəli şəxslərlə əlaqələr hesabına təmin edilə bilər. Onlara həmçinin bu iş üçün guya müxtəlif vəzifəli şəxslərə 150 000 manat məbləğində rüşvət verilməsinin vacib olduğu deyilib. Bu vədlərə inanan zərərçəkmişlər müxtəlif məbləğlərdə pul veriblər.
Beləliklə, ümumilikdə 105 000 manat onun nəzarətinə keçib.
Həmin pul sonradan əlbir olduqları şəxslər vasitəsilə əldə edilərək şəxsi məqsədlər üçün xərclənib.
İstintaq müəyyən edib ki, zərərçəkmişlərdə layihənin həqiqətən həyata keçiriləcəyi təəssüratını yaratmaq məqsədilə saxta sənədlər hazırlanıb.
Belə ki, MMC-lərdən biri ilə zərərçəkmiş şirkət arasında guya subpodrat müqaviləsi bağlanmasına dair müqavilə və qiymət razılaşdırılması haqqında protokol kompüter vasitəsilə hazırlanaraq rəsmi sənəd kimi təqdim olunub. Lakin araşdırmalar zamanı məlum olub ki, həmin şirkətin Ağdaş rayonunda ümumiyyətlə belə layihəsi olmayıb. Bu sənədlər bilə-bilə saxtalaşdırılıb və dələduzluğun davam etdirilməsi məqsədilə istifadə edilib.
İş materiallarına görə, ilk epizoddan sonra İqbal Alışov eyni zərərçəkmişlərə növbəti dəfə müraciət ediblər. Onlara bu dəfə Bakı şəhərinin Nizami və Nərimanov rayonlarında həyata keçiriləcək "Bakı Abad Məhəllələri" layihəsi üzrə tenderlərin qalibi olacaqları vəd edilib. Bunun üçün yenidən yüksək vəzifəli şəxslərə 130 000 manat məbləğində pul verilməli olduğu qeyd edilib.
Bu bəhanə ilə zərərçəkmişlərdən növbəti dəfə müxtəlif məbləğlərdə pul alınıb.
Beləliklə, bu epizod üzrə 82 600 manat pul vəsaiti əldə olunub.
Cinayət işi materiallarına əsasən, hər iki epizod nəticəsində zərərçəkmişlərə ümumilikdə 187 600 manat maddi ziyan vurulub.
Məhkəmə baxışı zamanı İqbal Alışov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Kamal Məmmədov
13 İyul 16:45
13 İyul 16:40
13 İyul 16:39
13 İyul 16:39
13 İyul 16:34
13 İyul 16:31
13 İyul 16:26
13 İyul 16:21
13 İyul 16:18
13 İyul 16:11
13 İyul 16:05
13 İyul 16:04
13 İyul 16:01
13 İyul 15:50
13 İyul 15:34
13 İyul 15:30
13 İyul 15:22
13 İyul 15:19
13 İyul 15:16
13 İyul 15:10
13 İyul 15:03
13 İyul 14:55
13 İyul 14:51
13 İyul 14:44
13 İyul 14:42
13 İyul 14:39
13 İyul 14:26
13 İyul 14:25
13 İyul 14:18
13 İyul 14:14
13 İyul 14:12
13 İyul 14:06
13 İyul 13:47
13 İyul 13:45
13 İyul 13:41
13 İyul 13:32
13 İyul 13:28
13 İyul 13:28
13 İyul 13:25
13 İyul 13:13
13 İyul 13:12
13 İyul 13:08
13 İyul 13:04
13 İyul 12:57
13 İyul 12:56
13 İyul 12:52
13 İyul 12:51
13 İyul 12:50
13 İyul 12:45
13 İyul 12:42
13 İyul 12:34
13 İyul 12:33
13 İyul 12:32
13 İyul 12:28
13 İyul 12:24
13 İyul 12:22
13 İyul 12:18
13 İyul 12:15
13 İyul 12:14
13 İyul 12:11
13 İyul 12:10
13 İyul 12:09
13 İyul 12:08
13 İyul 11:56
13 İyul 11:55
13 İyul 11:53
13 İyul 11:50
13 İyul 11:48
13 İyul 11:46
13 İyul 11:45
13 İyul 11:41
13 İyul 11:35
13 İyul 11:34
13 İyul 11:30
13 İyul 11:29
13 İyul 11:27
13 İyul 11:26
13 İyul 11:20
13 İyul 11:18
13 İyul 11:17
13 İyul 11:13
13 İyul 11:12
13 İyul 11:11
13 İyul 11:11
13 İyul 11:10
13 İyul 11:02
13 İyul 11:00
13 İyul 10:55
13 İyul 10:53
13 İyul 10:52
13 İyul 10:51
13 İyul 10:48
13 İyul 10:44
13 İyul 10:43
13 İyul 10:41
13 İyul 10:36
13 İyul 10:35
13 İyul 10:32
13 İyul 10:30
13 İyul 10:27
13 İyul 10:21
13 İyul 10:18
13 İyul 10:15
13 İyul 10:10
13 İyul 10:08
13 İyul 10:06
13 İyul 10:05
13 İyul 10:02
13 İyul 09:55
13 İyul 09:50
13 İyul 09:48
13 İyul 09:46
13 İyul 09:39
13 İyul 09:34
13 İyul 09:32
13 İyul 09:27
13 İyul 09:26
13 İyul 09:21
13 İyul 09:18
13 İyul 09:17
13 İyul 09:13
13 İyul 08:36
13 İyul 08:33
13 İyul 08:29
13 İyul 08:28
13 İyul 08:26
13 İyul 08:24
13 İyul 08:22
13 İyul 08:17
13 İyul 08:09
13 İyul 08:05
13 İyul 08:01
13 İyul 07:56
13 İyul 06:56
13 İyul 06:51
13 İyul 06:48
13 İyul 06:45
13 İyul 00:41
12 İyul 21:58
12 İyul 21:20
12 İyul 19:46
12 İyul 17:57
12 İyul 17:49
12 İyul 17:26
12 İyul 17:24
12 İyul 17:19
12 İyul 15:28
12 İyul 15:20
12 İyul 13:40
12 İyul 13:25
Ən son xəbərləri səhifəmizdən də izləyin