Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs öldüyündən onun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Akif Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd: İş materiallarına əsasən, təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu digər iki nəfərlə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə olunan metal çubuqla zərərçəkmişə hücum edib, onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə quldurluq törətməkdə ittiham olunub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, hadisə 2017-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində baş verib.
İttihama görə, Akif Yusifov istintaqla şəxsiyyətləri müəyyən edilməmiş daha iki nəfərlə əvvəlcədən cinayət əlaqəsinə girərək azərbaycanlı zərərçəkmiş Asəf Hacıyevin (soyadı şərtidir) pul və əmlakını ələ keçirmək barədə razılığa gəlib. Cinayət planına əsasən, iştirakçılar öz aralarında rolları bölüşdürərək zərərçəkmişin yaşadığı binanın yaxınlığında onu gözləməli, münasib vaxtda hücum edərək müqavimətini qırmalı və üzərindəki qiymətli əşyaları talamalı idilər.
Həmin gün gecə saatlarında Akif və digər iki nəfər Yaroslavl şəhərinin Papanin küçəsində yerləşən yaşayış binasının qarşısına gəlib Asəfin evə qayıtmasını gözləyiblər. Naməlum şəxslərdən biri əvvəlcədən əldə etdikləri metal çubuqdan silah qismində istifadə edərək zərərçəkmişin baş nahiyəsinə azı üç dəfə zərbə endirib. Bundan sonra təqsirləndirilən şəxs və digər iştirakçılar onu yerə yıxaraq əlləri və ayaqları ilə baş və bədən nahiyəsinə ardıcıl zərbələr endiriblər.
Akif hücum zamanı Asəfin başını yerə sıxaraq onun müqavimət göstərmək imkanını tam aradan qaldırıb. Beləliklə, zərərçəkmiş həyatı və sağlamlığı üçün təhlükəli zorakılığa məruz qalıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üz nahiyəsində çoxsaylı sıyrıq və hematomalar, hər iki dodaqda yaralar alıb. Bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də məcmu halda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Asəf Hacıyev müqavimət göstərə bilməyəcək vəziyyətə salındıqdan sonra onun üzərində olan pul və digər qiymətli əşyalar ələ keçirilib.
Belə ki, həmin şəxslər zərərçəkmişə məxsus 12 000 Rusiya rublu nağd pulu, təxminən 59 990 rubl dəyərində "Samsung" markalı mobil telefonu, həmçinin 2 000 rubl dəyərində yaddaş kartını talayıblar.
Cinayət nəticəsində zərərçəkmişə ümumilikdə 73 990 Rusiya rublu, yəni həmin dövrün məzənnəsinə uyğun olaraq 2 204,90 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.
Məhkəmə araşdırması zamanı elan olunmuş ifadələrdən məlum olub ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilib və ittihamda göstərilən halları etiraf edib.
Akif Yusifov məhkəmə ifadəsində qeyd edib ki, hadisədən sonra Rusiyada saxlanılıb və təxminən 9 ay həbsdə olub. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb: “Elə başa düşdüm ki, cəzadan tam azad olmuşam. Məhkəmənin qərarını Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə təqdim edib, arayış aldıqdan sonra sərbəst şəkildə ölkəyə gəlmişdim. Sonradan bilmişəm ki, barəmdə axtarış elan olunub”.
Hadisədən sonra saxlanılan Akif Yusifov barəsində başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri seçilmişdi.
Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs bu il məhkəmə istintaqı dövründə vəfat edib. Onun ölüm səbəbi isə ürək dayanmasından qəfləti vəfat etməsidir.
Kamal Məmmədov
13 İyul 16:45
13 İyul 16:40
13 İyul 16:39
13 İyul 16:39
13 İyul 16:34
13 İyul 16:31
13 İyul 16:26
13 İyul 16:21
13 İyul 16:18
13 İyul 16:11
13 İyul 16:05
13 İyul 16:04
13 İyul 16:01
13 İyul 15:50
13 İyul 15:34
13 İyul 15:30
13 İyul 15:22
13 İyul 15:19
13 İyul 15:16
13 İyul 15:10
13 İyul 15:03
13 İyul 14:55
13 İyul 14:51
13 İyul 14:44
13 İyul 14:42
13 İyul 14:39
13 İyul 14:26
13 İyul 14:25
13 İyul 14:18
13 İyul 14:14
13 İyul 14:12
13 İyul 14:06
13 İyul 13:47
13 İyul 13:45
13 İyul 13:41
13 İyul 13:32
13 İyul 13:28
13 İyul 13:28
13 İyul 13:25
13 İyul 13:13
13 İyul 13:12
13 İyul 13:08
13 İyul 13:04
13 İyul 12:57
13 İyul 12:56
13 İyul 12:52
13 İyul 12:51
13 İyul 12:50
13 İyul 12:45
13 İyul 12:42
13 İyul 12:34
13 İyul 12:33
13 İyul 12:32
13 İyul 12:28
13 İyul 12:24
13 İyul 12:22
13 İyul 12:18
13 İyul 12:15
13 İyul 12:14
13 İyul 12:11
13 İyul 12:10
13 İyul 12:09
13 İyul 12:08
13 İyul 11:56
13 İyul 11:55
13 İyul 11:53
13 İyul 11:50
13 İyul 11:48
13 İyul 11:46
13 İyul 11:45
13 İyul 11:41
13 İyul 11:35
13 İyul 11:34
13 İyul 11:30
13 İyul 11:29
13 İyul 11:27
13 İyul 11:26
13 İyul 11:20
13 İyul 11:18
13 İyul 11:17
13 İyul 11:13
13 İyul 11:12
13 İyul 11:11
13 İyul 11:11
13 İyul 11:10
13 İyul 11:02
13 İyul 11:00
13 İyul 10:55
13 İyul 10:53
13 İyul 10:52
13 İyul 10:51
13 İyul 10:48
13 İyul 10:44
13 İyul 10:43
13 İyul 10:41
13 İyul 10:36
13 İyul 10:35
13 İyul 10:32
13 İyul 10:30
13 İyul 10:27
13 İyul 10:21
13 İyul 10:18
13 İyul 10:15
13 İyul 10:10
13 İyul 10:08
13 İyul 10:06
13 İyul 10:05
13 İyul 10:02
13 İyul 09:55
13 İyul 09:50
13 İyul 09:48
13 İyul 09:46
13 İyul 09:39
13 İyul 09:34
13 İyul 09:32
13 İyul 09:27
13 İyul 09:26
13 İyul 09:21
13 İyul 09:18
13 İyul 09:17
13 İyul 09:13
13 İyul 08:36
13 İyul 08:33
13 İyul 08:29
13 İyul 08:28
13 İyul 08:26
13 İyul 08:24
13 İyul 08:22
13 İyul 08:17
13 İyul 08:09
13 İyul 08:05
13 İyul 08:01
13 İyul 07:56
13 İyul 06:56
13 İyul 06:51
13 İyul 06:48
13 İyul 06:45
13 İyul 00:41
12 İyul 21:58
12 İyul 21:20
12 İyul 19:46
12 İyul 17:57
12 İyul 17:49
12 İyul 17:26
12 İyul 17:24
12 İyul 17:19
12 İyul 15:28
12 İyul 15:20
12 İyul 13:40
12 İyul 13:25
Ən son xəbərləri səhifəmizdən də izləyin