BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Əliyeva Salyan peşə liseyinin direktoru oldu

Salyan Peşə Liseyində yeni təyinat olub.

 

Məlumata görə, Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan peşə liseyinin direktoru vəzifəsinə təyin edilib.

 

Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalav təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.

 

Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.

 

2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.unikal.az

Tarix: 9 İyul 2026, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin