BURADA REKLAMINIZ OLA
BİLƏR

Elm və Təhsil Nazirliyinə 9 milyonluq xidməti “Texno Lyuks M” göstərəcək

Elm və Təhsil Nazirliyi (ETN) nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı malların alınmasına 7 290 051 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, İdarə  təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərinə isə 1 790 255 AZN sərf edəcək.

 

Nazirliyə hər iki xidməti “Texno Lyuks M” MMC göstərəcək.

 

MMC ilə iki müqavilə bağlanıb. Görüləcək işlərin ümumi dəyəri 9 080 306 AZN-dir. Şirkət yalnız bu idarənin tenderlərini əldə edir. Rəhbəri Emin Arif oğlu Əliyevdir.

 

Cabir

Tarix: 9 İyul 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin