BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-nin sutkalıq neft istehsalı 13,86 milyon barelə çatdı

Birləşmiş Ştatların xam neft hasilatı artır.

 

Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

 

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 50 min barel artaraq sutkada orta hesabla 13 milyon 860 min barel olub.

 

Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 351 min barel artaraq sutkalıq 5 milyon 629 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 746 min barel geriləyərək gündəlik 3 milyon 262 min barel təşkil edib.

 

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 780 min barel olacağı gözlənilir.

Tarix: 9 İyul 2026, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin