BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev yeni vəzifəyə təyin olundu

Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.

 

Məlumata görə, iki gün əvvəl idarənin İnzibati Təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.

 

Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.

 

Kamran Əliyev uzun illər Qubadakı liseylərdən birinin direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sözügedən təyinatla bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bizim.Media

Tarix: 9 İyul 2026, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin