BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib

“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.

 

Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

 

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Moldovadan olan hakimlər idarə ediblər.

 

Görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

 

20:00. "Qarabağ" – "Vestri" 3:0

Baş hakim: Roman Jitari (Moldova).

Tofiq Bəhramov adına Respublika stadionu.

 

APA

Tarix: 9 İyul 2026, 22:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin