BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu çəyirdəyi həddindən artıq yeməyin: Zəhərlənmə riski yarada bilər

Ərik çəyirdəyi zülal, lif, sağlam yağlar, E vitamini və antioksidantlarla zəngin olduğundan həzm sisteminin, ürək-damar sağlamlığının və immun sisteminin dəstəklənməsinə kömək edir. Bununla yanaşı, onun həddindən artıq qəbulu ciddi sağlamlıq riskləri yarada bilər.


Pravda.az xatırladır ki, xüsusilə acı ərik çəyirdəyinin tərkibində olan amiqdalin orqanizmdə sianidə çevrilə bilər. Bu isə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı, şüur bulanıqlığı və ağır hallarda zəhərlənməyə gətirib çıxarar. Uşaqlara ərik çəyirdəyi verilməsi tövsiyə edilmir, böyüklər isə onu yalnız çox məhdud miqdarda istehlak etməlidirlər.


Həkimlər ərik çəyirdəyini müalicə vasitəsi kimi qəbul etməməyi, sağlam qidalanmanın bir hissəsi kimi belə onu normadan artıq istehlak etməməyi tövsiyə edirlər. Xüsusilə acı ərik çəyirdəyinin həddindən artıq qəbulu təhlükəli nəticələrə səbəb ola bilər.


Əminə Bayramova

Tarix: 10 İyul 2026, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin