Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Adəm Alıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbsə alınıb.
İttihama görə, hadisə 2025-ci ilin iyul ayında İsmayıllı rayonunun Basqal qəsəbəsində baş verib.
Belə ki, Adəm Alıyev gecə saat 23 radələrində yaşadığı evdə olarkən "WhatsApp" vasitəsilə həmkəndlisi, zərərçəkmiş Hüseyn Zəfərovla (adı, soyadı şərtidir) telefon danışığı aparıb. Danışıq zamanı zərərçəkmiş şəxs onun barəsində həqiqətə uyğun olmayan fikirlər söylədiyini bildirərək buna aydınlıq gətirmək üçün görüşmək istədiyini deyib.
Təqsirləndirilən şəxs Hüseynin fiziki cəhətdən özündən güclü olduğunu düşündüyü üçün mümkün mübahisə zamanı özünü müdafiə etmək məqsədilə əvvəlcədən mətbəxdən qatlanmayan bıçaq götürərək evinin giriş darvazasının yanında gizlədib.
Qısa müddət sonra Hüseynin onun yaşadığı evin qarşısına gəlib. Tərəflər arasında söhbət zamanı zərərçəkmişin onu kənara keçərək danışmağa çağırdığı və ünvanına nalayiq ifadələr işlətməsi iddia olunur. Bu zaman şəxsi münasibətlər zəminində yaranmış mübahisə daha da kəskinləşib.
İstintaqın qənaətinə görə, Adəm əvvəlcədən gizlətdiyi bıçağı götürərək Hüseynə ilk zərbəni kürək nahiyəsindən endirib. Zərbə aldıqdan sonra zərərçəkmiş şəxs özünü müdafiə etməyə çalışaraq təqsirləndirilən şəxsin sol gözaltı nahiyəsinə yumruq vurub və onu yıxmaq istəyib. Lakin Adəm bununla kifayətlənməyərək hücumunu davam etdirib və zərərçəkmişə daha beş bıçaq zərbəsi endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Hüseynin döş qəfəsinin ön və arxa səthinə dəyən iki bıçaq zərbəsi döş boşluğuna nüfuz edib, daxili qanaxmaya, perikardın, sol ağciyər payının və ürəyin səthi hissəsinin zədələnməsinə səbəb olub. Həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər kimi qiymətləndirilib.
Bundan başqa, zərərçəkmişin sol bazusunda, sol kürək nahiyəsində və belində aşkar edilmiş dörd kəsilmiş-deşilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab edilib.
Beləliklə, Hüseyn ümumilikdə altı bıçaq zərbəsi alıb və onlardan ikisi həyati vacib orqanların zədələnməsi ilə nəticələnib.
Məhkəmə istintaqı zamanı Adəm Alıyev ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Kamal Məmmədov
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin