BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

 

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

 

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.

 

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.

 

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib./APA

Tarix: 9 İyul 2026, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin