BURADA REKLAMINIZ OLA
BİLƏR

Yayda benzin nə üçün tez bitir? – AÇIQLAMA

Müasir avtomobillərlə bağlı tez-tez yaranan suallardan biri yayda benzinin daha tez bitməsidir. Vətəndaşlar eyni məsafə üçün istifadə etdikləri benzinin yay fəslində daha tez bitdiyini bildirirlər və buna səbəb kimi isti havada buxarlanma fikrini irəli sürürlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə texniki ekspert Razil Nağıyevin sözlərinə görə, bu fikir müəyyən qədər məntiqi səslənsə də, texniki baxımdan müasir avtomobillər üçün doğru hesab edilmir:

Ekspert Razil Nağıyev - FOTOBAZA Pravda.az

O qeyd edib ki, həqiqətən də benzin uçucu yanacaqdır və temperatur yüksəldikcə buxarlanma meyli artır, lakin müasir avtomobillərin yanacaq sistemi əvvəlki nəsil avtomobillərdən fərqli olaraq tam qapalı sistem prinsipinə əsasən işləyir: “Yanacaq çənində yaranan benzin buxarları atmosferə buraxılmır, EVAP adlanan sistem vasitəsilə xüsusi kömür filtrlərində toplanır və daha sonra mühərrikə yönləndirilərək yandırılır. Buna görə normal texniki vəziyyətdə olan avtomobildə isti havaya görə benzinin uçub getməsi baş vermir”.

 

Ekspert vurğulayıb ki, yay aylarında sürücülərin yanacağın daha tez bitdiyini hiss etmələrinin əsas səbəbi adətən kondisionerin istifadəsidir: “Kondisioner kompressoru mühərrikdən əlavə güc tələb edir və bu, xüsusilə şəhər daxilində hərəkətdə yanacaq sərfiyyatını təxminən 5–20% artırır. Bundan əlavə, isti havalarda tıxaclarda daha çox boş işləmə mühərrikin və soyutma sisteminin daha yüksək yüklə işləməsi də sərfiyyata təsir göstərir. Avtomobildə yanacaq qoxusu hiss olunursa və ya həqiqətən də normadan artıq yanacaq itkisi müşahidə edilirsə, bu hal artıq normal buxarlanma ilə deyil, yanacaq çəninin qapağında, EVAP sistemində, yanacaq borularında və ya digər hissələrdə texniki nasazlıq olması ilə əlaqədar ola bilər”.

 

Şəhanə Qədirli

Tarix: 10 İyul 2026, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin