BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeddinci mərtəbədən yıxılan hamilə qadın sağ qaldı

Rusiyada 28 yaşlı hamilə qadın Vladivostokda yaşayış binasının yeddinci mərtəbəsindən yıxıldıqdan sonra sağ qalıb və yalnız əzik xəsarətləri alıb.

 

Bu barədə Primorsk Diyarı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qadının sözlərinə görə, o gecə yata bilməyib və pəncərəni silmək qərarına gəlib. Təmizlik zamanı ayağı sürüşüb və o, arxasıüstə pəncərədən yıxılıb.

 

Onun qışqırığını eşidən qonşusu təcili yardım çağırıb.

 

Hazırda zərərçəkən həkimlərin nəzarəti altındadır. Onun həyatı üçün təhlükə yoxdur.Report

Tarix: 10 İyul 2026, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin