Son illər meyvələrin əvvəlki kimi dadlı və ətirli olmadığı ilə bağlı fikirlər tez-tez səsləndirilir.
Deputat Zahid Oruc parlamentdə çıxışı zamanı da bu məsələyə diqqət çəkərək uşaqlığımızın meyvə və tərəvəzlərinin artıq əvvəlki dadı vermədiyini nəzərə çatdırıb.
Bəs nə üçün meyvələrin əvvəlki dadı və görüntüsü yoxdur?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, meyvələrin əvvəlki dadının olmaması artıq qəbul olunan məsələdir.
O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Sort əlaqələndirmə, torpağın yorulması, pestisidlərin həddindən artıq istifadəsi, yeni sortların seçilməsi məsələləri ola bilər. Hansı ki yeni sortlar seçildikdə və yetişdirildikdə artıq müəyyən hibridləşmə məsələsindən, prosesindən istifadə edirlər. Burada yeni sortların əmələ gəlməsi zamanı artıq dad, keyfiyyət deyil, görüntü və kəmiyyət məsələsi önə çıxır. Yəni meyvələrin görünüşü daha gözəl olur. Baxsaq görərik ki, piştaxtalarda satılan meyvələrin – şaftalı, ərik, üzüm, çiyələk və s. hamısı bir-birinə bənzəyir amma təbii bağ-bostan şəraitində və ya kənd təsərrüfatında hansı ki kənddə yaşayan insanların özünəməxsus sahəsi olur və orada müxtəlif meyvə-tərəvəz əkib becərirlər, burada yetişdirilənlərdə isə fərqli görüntü olur. İrili-xırdalı, çıxıntılı və s formalarda görüntülər əldə edilir. Ancaq bazarda, marketlərdə satılan meyvələrin isə demək olar ki, hamısı eyni formadadır. Bu da həmin yeni məhsuldar sortların yetişdirilməsi məsələsidir ki, bu zaman dad artıq arxa plana keçir. Əsas kəmiyyət, görüntü olur”.
Mütəxəssis qeyd edib ki, torpaqların həddindən artıq yorulma məsələsi var ki, bu da dada bilavasitə təsir edir: “Müxtəlif vaxtlarda intensiv şəkildə torpaqların dincə qoyulmadan əkilib-becərilməsi və meyvə alınması artıq torpaqdan istənilən nəticəni verməyə bilir. Əsas məsələlərdən biri də meyvələrin kal formada yığılmasıdır. Çünki onlar yetişmiş olarsa, daşınması, çatdırılması zamanı meyvələrin xarab olma prosesi baş verə bilir. Bu gün meyvələrin daşınmasında əksər zaman uyğun olmayan avtomobillərdən istifadə edilir hansı ki, bu avtomobillər meyvə daşınması üçün nəzərdə tutulmayıb. Havaların da isti keçməsi meyvələrin xarab olması ilə nəticələnir. Bu baxımdan da meyvələri kal yığıb satış nöqtələrinə çatdırırlar ki, bu zaman da onların dad məsələsi özünü biruzə verir. İnsanlar yaxşı olar ki, meyvələrin görüntüsünə deyil, kənd ərazilərindən gəldiyinə, kənd təsərrüfatında yetişdirilməsindən əmin olsunlar. Marketlərdə bunu soruşmaq adətən mümkün deyil. Çünki marketlərdə xüsusi istixanalarda yetişdirilmiş meyvələrdən istifadə edib satırlar”.
Şəhanə Qədirli
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin