BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsildi - 36 min manatdan çox...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Xidmətdən Pravda.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi  54 ünvanında və İsmayıllı rayonu Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

 

Tarix: 10 İyul 2026, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin