BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında İslamabadın Tehran və Vaşinqton arasında münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

 

Bu barədə öz “X” hesabında məlumat verib.

 

Şərif qeyd edib ki, tərəflər bölgədəki son vəziyyəti müzakirə edib, gərginliyin azaldılması, dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

O, Pakistanın regionda davamlı sülhün bərqərar olması üçün bundan sonra da obyektiv və səmimi vasitəçi rolunu oynamağa hazır olduğunu deyib./APA

Tarix: 10 İyul 2026, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin