BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident təsdiq etdi - Pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.

 

Pravda.az-ın xəbərinə görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

 

Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Tarix: 16 Dekabr 2019, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin