BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli və Qəbələdəki qum-çınqıl yataqları hərraca çıxarılacaq

Avqustun 26-da yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

 

Bildirilib ki, Füzuli rayonu “Arayatlı” qum-çınqıl yatağı, Qəbələ rayonu “Bumçay” qum-çınqıl yatağı auksion formasında hərraca çıxarılacaq. Yer təkindən istifadə ilə bağlı hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında olacaq.

 

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Agentliyə müraciət edə bilərlər.

 

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31. Əlaqə nömrəsi: Tel: 0125970168 (daxili: 5022);

 

Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.

 

Tarix: 13 İyul 2026, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin