BURADA REKLAMINIZ OLA
BİLƏR

Hər kəs tullayır, amma sağlamlıq üçün əsl xəzinədir

Üzüm çəyirdəyi tərkibindəki güclü antioksidantlar sayəsində sağlamlığa faydalı təbii məhsullardan biri hesab olunur. Xüsusilə üzüm çəyirdəyi ekstraktı proantosianidinlər, flavonoidlər və digər polifenollarla zəngin olduğu üçün son illərdə qida əlavələri arasında populyarlıq qazanıb.


Pravda.az bildirir ki, üzüm çəyirdəyi ekstraktı hüceyrələri oksidləşdirici stressdən qorumağa, ürək-damar sağlamlığını dəstəkləməyə və iltihabın azalmasına kömək edir. Bundan əlavə, dəri elastikliyinin qorunmasına, qan dövranının yaxşılaşmasına və immun sisteminin dəstəklənməsinə müsbət təsir göstərə biləcəyi qeyd olunur.


Üzüm çəyirdəyi ekstraktının əsas tərkibinə proantosianidinlər (OPC), flavonoidlər, fenolik birləşmələr və digər antioksidant maddələr daxildir. Bu maddələr sərbəst radikallarla mübarizədə mühüm rol oynayır.


Üzüm çəyirdəyi ekstraktı qida əlavəsi olsa da, xüsusilə qan durulaşdırıcı dərman qəbul edənlər, hamilə və süd verən qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.


Əminə Bayramova 

Tarix: 13 İyul 2026, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin