BURADA REKLAMINIZ OLA
BİLƏR

ŞAD XƏBƏR: İslam bankçılığı yaxın zamanlarda Azərbaycanda tətbiq olunacaq - AÇIQLAMA

“İslam bankçılığının yaxın zamanlarda Azərbaycanda tətbiq olunacağı gözlənilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Vüqar Bayramov: “Prezidentin BMT Baş Assambleyasındakı çıxışı qlobal  xarakter daşıyırdı” Pravda.az

Deputat bildirib ki, Azərbaycanda İslam bankçılığının tətbiqi imkanları xeyli müddətdir, öyrənilir: “Bununla bağlı bir sıra banklar, o cümlədən Azərbaycan Beynəlxalq Bankı tərəfindən müəyyən fəaliyyətlər həyata keçirilib. Ümumiyyətlə, İslam və ya qarışıq, faizə əsaslanan bankçılıq kommersiya banklarının seçimidir. Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. İslam İnkişaf Bankının illik toplantısı ötən ay Azərbaycanda təşkil olundu. İİB də halal iqtisadiyyat və İslam bankçılığında Azərbaycana dəstək nümayiş etdirmək niyyətindədir. Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bankların bu barədə qərarı birbaşa onların qəbul edəcəkləri qərardır. Qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bu kontekstdən bir sıra banklar tərəfindən mexanizm, təcrübələr öyrənilir. İslam Bankçılığının yaxın zamanlarda Azərbaycanda tətbiq olunacağı gözlənilir. Xüsusən, bu, iş adamlarının faizsiz kreditə çıxış imkanlarına gətirib çıxara bilər. Sözsüz ki, qarışıq bank sistemi olacaq. Söhbət bundan getmir ki, bank sektoru yalnız İslam bankçılığına, yaxud faiz bankçılığına, yəni Qərb bankçılığına əsaslanacaq. Bəzi banklarda qarışıq sistem - həm İslam bankçılığı, həm də Qərb bankçılığı sisteminin qurulması nəzərdən keçirilir. Buna görə də gözlənilir ki, yaxın gələcəkdə Azərbaycanda iş adamları, bəzi hallarda vətəndaşlarımız da faizsiz kreditlər əldə edə biləcəklər”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2026, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin